Yuxarı

Qəzaya düşən təyyarənin sahibi kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rostov Donda partlayan sərnişin təyyarəsi "Flay Dubay" şirkətinə məxsus olub.

Axar.az dünyada kifayət qədər məşhur olan bu şirkətlə bağlı apardığı kiçik araşdırmasını təqdim edir.

"Flay Dubay" şirkəti 2008-ci ildə yaradılıb. Şirkətin yaradıcılarından biri "Əmireyts" aviaşirkətinin İdarə Heyətinin sədri Əhməd bin Səid əl-Məktumdur. Aviaşirkət yaranan il "Boinq" şirkətinə 50 sərnişin təyyarəsi sifariş verib. Təyyarələr 2009-cu ildə "Flay Dubay"a təhvil verilib. Bundan sonra şirkət ilk uçuşunu Livanın paytaxtı Beyruta, ardınca isə İordaniyanın paytaxtı Əmmana həyata keçirib.

Azərbaycana isə uçuşlar 2009-cu ilin 20 noyabrından başlayıb. Ümumiyyətlə, "Flay Dubay" Mərkəzi Asiya və Rusiyanın demək olar ki, bütün əsas şəhərlərinə uçuş həyata keçirir.

Hazırda şirkətin aviaparkında 50 təyyarə var. "Flay Dubay" bunların sayını 100-ə çatdırmaq istəyir. Hətta bunun üçün 2013-cü ildə "Boinq" şirkəti ilə yeni müqavilə də imzalanıb. "Flay Dubay" həmçinin dünyanın ən etibarlı aviaşirkətlərindən də hesab olunur.

Maraqlı məqam orasındadır ki, "Flay Dubay" Dubay hökumətinə məxsusdur. Əhməd bin Səid əl- Məktum Dubay şahzadəsidir. O, Dubayın hazırkı hakimi Məhəmməd Bin Rəşid Məktumun əmisidir.

Tarix
2016.03.19 / 11:59
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Xankəndidə BƏƏ nazirini qəbul etdi

Ərdoğan Füzulidə səfərdədir

İmaməli Rəhman Xankəndiyə gəldi - Foto

Azərbaycanda Türkiyə bazası? - Konstitusiya imkan vermir

Prezident Şahbaz Şərifi Xankəndidə qarşıladı

Kiyevdə Azərbaycan restoranı darmadağın edildi - Foto

Bu ölkələrin başçıları Xankəndidədir

Rusiya Bakıya doğru “barışıq addımı” atdı - Kommersant

Milli Məclisin növbəti iclası başladı

İlham Əliyev Donald Trampı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla