Yuxarı

TDT-yə dil uzadan Borrellə Orbanın şillə kimi cavabı…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın Baş naziri Viktor Orban TDT-nin iclasına AB təmsilçisi kimi yox, Macarıstanın Baş naziri kimi qatılıb. Bu iclasa qatılmaq Macarıstanın strateji mənfəətidir. Bu baxımdan, Viktor Orban və onun siyasi məsələlər üzrə köməkçisi Balazs Orbanın Borrellə reaksiyası şillə kimi cavabdır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O bildirib ki, Borrell Macarıstanın strateji maraqlarını qarşılaya bilməz:

“Macarıstan türk dünyasının bir parçası, TDT-nin də müşahidəçi üzvüdür. Qətiyyəti də var və bu qətiyyətlə də TDT-də iştirak edir. Borrellin bu işə burnunu soxması isə onun əsl niyyətini ortaya çıxarıb - bu, sadəcə bir qısqanclıqdır! Orbanların cavabı, ümid edirəm, Borrellə yaxşı bir dərs olar”.

TDT-nin AB-dan daha güclü bir təşkilat olacağına şübhə etmədiyini deyən Kılıç Qərbin türk dövlətlərinə, xüsusilə Azərbaycan qazına olan asılığına toxunub:

“TDT üzvləri neft və təbii qaz baxımından olduqca zəngin ölkələrdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində rol oynayır. Macarıstan, Serbiya, Yunanıstan, İtaliya kimi ölkələr Azərbaycanın qazından istifadə edir. Azərbaycanın siyasi maraqlarını hesablamaq Borrellin vəzifəsi deyil.

TDT dil, soy, mədəniyyət əsasında qurulan təşkilatdır. Ölkələr arasında məhz bu bağlar var. AB TDT-yə üzv olan ölkələrin enerjisinə, neftinə və qazına möhtacdır. Ona görə də diqqətli olsunlar. 3 il əvvəl AB komissiyasından gəlib, Azərbaycandan qaz dilənirdilər. Hətta Azərbaycandan Orta Asiya türk dövlətləri ilə əlaqələrinin genişlənməsi üçün vasitəçi olmasını istədilər. Ona görə də TDT ilə yaxşı dolanmaq AB-nin işinə yarayacaq”.

Kılıç bənzər haqsız münasibətin ŞKTR üçün də sərgiləndiyini xatırladıb:

“2005-ci ildə Kiprə edilən haqsızlıq ortadadır. Referendum keçirildi, türk tərəfi “bəli”, yunan tərəfi “xeyr” deməsinə rəğmən yunan tərəfini AB-yə alaraq, Kipr məsələsini çıxılmaz hala gətirdilər. Dolayısı ilə Kipr Respublikasını tanımaqla AB və BMT tamamilə haqsız davranış sərgilədi. Kuzey Kıprıs təqribən 50 ildir müstəqil dövlət kimi mövcudluğunu davam etdirir, bütün haqsızlıqlara, embarqolara baxmayaraq, irəliləyir. Bu dövlət hazırda TDT-də müşahidəçi üzvüdür, yaxın zamanda tam üzv olacağına ümid edirik”.

Qeyd edək ki, Borrell Orbanın Şuşaya səfəri, TDT sammitində iştirakı və burada ŞKTC-nin liderinin olmasından “narahatlığını” ifadə edib. Bildirib ki, Orban Moskva və Şuşaya səfəri zamanı AB-ni təmsil etməyib. Buna reaksiya olaraq, Viktor Orbanın siyasi məsələlər üzrə köməkçisi Balazs Orban isə “Biz nahar edə bilərik, yoxsa ondan ötrü də AŞ-nin mandatı lazımdır?” – cavabını yazıb.

Tarix
2024.07.10 / 14:12
Müəllif
Aytac Araz
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla