Yuxarı

Bu sahəyə ayrılan məbləğ tarixi rekorddur...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sahəyə ayrılan məbləğ tarixi rekorddur...

2026-cı il dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur.

Axar.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

O qeyd edib ki, 2026-cı ildə səhiyyə xərclərinə ayrılan vəsait 2024-cü illə müqayisədə 40 faiz və ya 1.1 milyard manat çoxdur:

"Növbəti il üçün 118 milyon manat vəsait onkologiya ilə bağlı müxtəlif istiqamətlərə ayrılacaq. Bu sahədə 8 müxtəlif istiqamət icbari tibbi sığorta zərfinə daxil edilib. Gələcəkdə bunun artırılması nəzərdə tutulur".

Nazir əlavə edib ki, icbari tibbi sığorta çərçivəsində il ərzində orta hesabla 5 milyon vətəndaşa xidmət edilir:

"7.5 milyon insanın sığortahaqqı dövlət büdcəsi tərəfindən ödənilir. Əlavə olaraq, icbari tibbi sığorta haqqını özü ödəyən vətəndaşlar da var. Rəsmi fəaliyyət göstərən və işsiz olan şəxslərin tibbi sığortası dövlət hesabına həyata keçirilir. Yeganə istisna edilən seqment qanunvericiliyin qeyri-formal məşğulluq olaraq müəyyən etdiyi şəxslərdir. Onlar qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, gəlirlərini gizlədən, qeydiyyatdan yayınan şəxslərdir. Bu kəsimin sığortalanması özləri tərəfindən ödənişi edilməklə həyata keçiriləcək".

Tarix
2025.11.06 / 14:44
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla