Yuxarı

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu ödənişli olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu ödənişli olacaq

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Avtomobil Yolları Nəzarət Firmasının mütəxəssisi Ziyəddin Həsənov deyib.

Onun sözlərinə görə, hazırda yolun ödənişsiz alternativ marşrutu istifadədə olsa da, yeni inşa edilən əsas magistral yol üzrə ödənişli sistemin tətbiqi planlaşdırılır:

"Hazırda ödənişli sistem işə salınmayıb, lakin layihə üzrə bu yolun ödənişli olması nəzərdə tutulur. Bu, regionda ilk dəfə müasir standartlara uyğun ödənişli avtomobil yolu kimi fəaliyyət göstərəcək".

Z.Həsənov qeyd edib ki, ödənişli yolun paralelində Horadiz-Cəbrayıl-Zəngilan istiqamətində 2-ci texniki dərəcəyə uyğun olaraq alternativ, pulsuz yol artıq çəkilib və istismara verilib.

"Alternativ yol hazırda tam istifadədədir və sürücülər üçün heç bir ödəniş tələb olunmur. Yeni ödənişli magistral isə birinci texniki dərəcəyə uyğun tikilir və daha yüksək təhlükəsizlik, hərəkət rahatlığı və sürət təmin edəcək", – deyə Həsənov vurğulayıb.

Qeyd edək ki, Horadiz-Zəngilan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometr təşkil edir və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.

Tarix
2025.11.06 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

Türkiyə F-16-ları Azərbaycana göndərir

Paşinyandan Azərbaycan açıqlaması: Bu, tarixi hadisədir!

İlham Əliyev NATO nümayəndə heyətini qəbul etdi - Foto

Overçuk Şahin Mustafayevə təşəkkür etdi

Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla