Yuxarı

Azərbaycanda amnistiya ilə bağlı hazırlıq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda amnistiya ilə bağlı hazırlıq...

Hazırda Azərbaycanda amnistiya ilə bağlı hazırlıq yoxdur.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, bununla bağlı müxtəliflər təkliflər səsləndirilib:

"Bu il konstitusiyanın 30 illiyidir, həm də zəfərimizin 5-ci ildönümüdür. Amnistiyanın qəbul edilməsi məqsədəuyğun olardı. Lakin bunun qəbulu Milli Məclisə aiddir. Bu qərarın qəbulu 4-5 il fasilələrlə qəbul olunur. Sonuncu amnistiya 2021-ci ildə qəbul olunub, 4 il keçib artıq. Həbsxanalarda da müəyyən sıxlıqlar var. Amnistiyanın qəbulu üçün zəruri şərtlər də var. Qərarın nə vaxt qəbul edilib-edilməyəcəyi məlum deyil".

Ə.Nuriyev əlavə edib ki, dövlət həmişə ikinci şansını vətəndaşlar üçün yaradır.

Fond rəhbəri qeyd edib ki, Heydər Əliyev tərəfindən 33, Prezident İlham Əliyev tərəfindən 37 əfv sərəncamı imzalanıb, 10 mindən çox məhkuma şamil edilib.

"Sonuncu bu il olub. Hər il əfv sərəncamları imzalanır. Minlərlə insan sevinir. Əfv hüququ Prezident İlham Əliyevin səlahiyyətindədir. Amma Novruz bayramı ərəfəsində və mühüm tarixi proseslərdə sərəncam imzalanır. Hazırda Əfv Komissiyasının Katibliyi fasiləsiz işləyir, müvafiq məlumatlar toplayır".

Tarix
2025.11.06 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

Türkiyə F-16-ları Azərbaycana göndərir

Paşinyandan Azərbaycan açıqlaması: Bu, tarixi hadisədir!

İlham Əliyev NATO nümayəndə heyətini qəbul etdi - Foto

Overçuk Şahin Mustafayevə təşəkkür etdi

Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla