Yuxarı

Nazir özünə daha bir müşavir təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir özünə daha bir müşavir təyin etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Anar Novruzovu özünə müşavir təyin edib.

Axar.az Report-a istinadən xəbər verir ki, o, bu təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində Baş icraçı direktorun müavini olub, ölkə Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Hava Yolları QSC-nin və Təmiz Şəhər ASC-nin Müşahidə Şurasının üzvü təyin edilib.

A.Novruzov Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr təhsilini başa vurduqdan sonra "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Şotlandiyanın Aberdin Universitetində neft, enerji iqtisadiyyatı və maliyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb, ABŞ-də Harvard Biznes Məktəbində Maliyyə İdarəçiliyi və Liderlik, Fransada INSEAD Biznes Məktəbində Transformasiyanın İdarəedilməsi proqramlarını tamamlayıb.

O, peşəkar fəaliyyətinə nüfuzlu beynəlxalq audit şirkətlərində başlayıb, həmin şirkətlərin Səudiyyə Ərəbistanı və Böyük Britaniya ofislərində strateji inkişaf, maliyyə əməliyyatları və audit sahələri üzrə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Tarix
2025.11.06 / 14:14
Müəllif
Axar.az
Digər xəbərlər

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

Türkiyə F-16-ları Azərbaycana göndərir

Paşinyandan Azərbaycan açıqlaması: Bu, tarixi hadisədir!

İlham Əliyev NATO nümayəndə heyətini qəbul etdi - Foto

Overçuk Şahin Mustafayevə təşəkkür etdi

Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla