Yuxarı

Mehriban Əliyeva Di Di Bridjuoterin konsertində olub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva Di Di Bridjuoterin konsertində olub

Məşhur caz ifaçısı, "Qremmi" və "Toni" mükafatı laureatları Di Di Bricuoter (Dee Dee Bridgewater) fevralın 12-də Bakıda Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olub.

Müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsertdə onu milyonların sevimlisinə çevirən məşhur kompozisiyalarını ifa edib.

Əsl adı Dennis Qarret olan olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, Fransada şöhrət qazanıb.

Di Di Bricuoter ilk professional təcrübəni əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində (The Thad Jones/Mel Lewis Jazz Orchestra) keçib və ötən əsrin 70-ci illərində o, Maks Rouç (Max Roach), Sonni Rollinz (Sonny Rollins), Dekster Qordon (Dexter Gordon), Dizzi Gillepsi (Dizzy Gillespie) kimi məşhur caz ifaçıları ilə birgə çıxış edib.

Müğənni 1980-ci ildə Fransaya köçüb və bir neçə il ərzində Avropanın bütün caz fetivallarında iştirak edib, öz orkestrini yaradıb.

1998-ci ildə kumiri Ella Fitsceraldın (Ella Fitzgerald) xatirəsinə həsr etdiyi "Əziz Ella" ("Dear Ella") albomu iki "Qremmi" mükafatına layiq görülüb. Eləcə də onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi "Eleanora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə" ("Eleanora Fagan (1915-1959): To Billie With Love From Dee Dee") adlı albomu "Qremmi" alıb.

Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə "Viz" ("The Wiz") musiqili tamaşasında oynadığı Qlinda roluna görə "Toni" mükafatı alıb. (Trend)

Tarix
2014.02.12 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla