Yuxarı

Xədicə İsmayıldan Eynulla Fətullayevə cavab: “Debil”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O yazını yazan da debildir, yayan da debildir, məndən ciddi-ciddi açıqlama tələb edən də. Mən də bunlara ciddi cavab verib debillərin sırasına qoşulmaq istəmirəm".

"Axar.az" xəbər verir ki, bu statusla Xədicə İsmayıl Eynulla Fətullayevin hazırda mediada yayılan və Feysbukda müzakirə edilən yazısına cavab olaraq çıxış edib. Xədicə xanım bildirib ki, bu cür "debilizmə" cavab vermək niyyətində deyil:

"Ən ciddi cavabım bu ola bilər ancaq:

Bir iki həftə bundan əvvəl ABŞ senatının iki işçisi ilə oturmuşduq restoranda. Ceyhun Osmanlı da orda idi. Bizimlə yox, başqa masanın arxasında. Görünür, sual yaranıb ki, nə danışıram mən orda? Gediblər falçıya. Falçı da bir pasyans atıb, kofeyə baxıb, büllur şardan soruşub, onlar bir söz deməyiblər. Biz masonuq axı. Bütün bu qüvvələr bizə işləyir. Sonra antimason ruhlar giriblər Eynulla Fətullayevin cisminə, onun əli ilə məqalə yazıblar. ABŞ kəşfiyyatına verdiyim bütün sirləri faş ediblər.

İfşa olunmamız ümumafrika işimizə böyük zərbə vurub. Belə ki, Zulu xalqının Mtetva imperiyasının bərpası ilə bağlı ABŞ-a ötürdüyümüz planlar da ifşa edilib.

Planlarımızla tanış olandan sonra superagent mənə dedi ki, dünya düzələcək. Mən dərhal anlamadım. Ondan sonra da zəlzələ oldu. İndi fikirləşirəm ki, deyəsən, şifrəni düz anlamamışam. O, dünyanın daha yumru olmayacağını, dağılaraq, düz müstəviyə çevriləcəyini nəzərdə tutubmuş. Hərdən şifrələrimi yeniləməyə ehtiyac var.

Di alın cavabınızı, debil yığını".

Tarix
2014.02.13 / 09:41
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Mehriban Əliyeva Daşaltıdan bu fotonu paylaşdı

İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla