Yuxarı

Ukrayna diplomatları qovuldu - Kiyev "cavab" tapdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna diplomatları qovuldu - Kiyev "cavab" tapdı

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Macarıstan dövlətinə bağlı casus şəbəkəsini ifşa etdiyini açıqlayıb. Bildirilib ki, bu şəbəkə Ukraynanın müdafiə imkanları ilə bağlı məlumatlar toplamaq üçün fəaliyyət göstərirmiş.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

UTX-nin məlumatına görə, Macarıstan hərbi kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən iki şübhəli şəxs saxlanılıb. Onların hər ikisi Ukrayna ordusunun keçmiş üzvləridir. Saxlanılan şəxslərin dövlətə xəyanətdə ittiham olunduqları və bu barədə onlara rəsmi bildiriş təqdim olunduğu qeyd edilib.

Bu, Ukrayna tarixində ilk dəfədir ki, Macarıstanın ölkə əleyhinə casus şəbəkəsi ifşa olunur.

Qeyd olunur ki, şübhəlilər casusluq fəaliyyəti üçün pul, xüsusi rabitə avadanlıqları ilə təmin olunublar və əsas tapşırıqları arasında Ukraynanın hava hücumundan müdafiə sistemləri və ölkənin cənub-qərbində yerləşən Transkarpatiya bölgəsindəki digər hərbi imkanlarla bağlı məlumatları toplamaq olub.

Xatırladaq ki, həmin bölgədə təxminən 150 min etnik macar yaşayır və Budapeşt ilə Kiyev arasında bu icmanın dil hüquqları məsələsinə görə də əvvəllər gərginliklər yaşanıb.

Hadisəyə reaksiya verən Macarıstanın xarici işlər naziri Peter Siyarto isə bu ittihamları “Ukrayna təbliğatı” adlandırıb və ehtiyatla yanaşılmalı olduğunu bildirib. O, daha sonra Budapeştdəki Ukrayna səfirliyində çalışan və casus kimi tanıdıqları iki diplomatı ölkədən qovduqlarını açıqlayıb.

“Biz Ukraynanın Macarıstana və macar xalqına qarşı bu cür böhtan xarakerli addımlarına dözməyəcəyik”, – deyə Siyarto sosial şəbəkədə yayımladığı videoda bildirib.

Macarıstan rəsmisi həmçinin Ukraynanın Macarıstanın Rusiyaya qarşı hərbi yardım göstərməsinə qarşı çıxması səbəbindən bu addımı atdığını da əlavə edib.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın Kiyevdəki səfirinə iki macar diplomatın ölkədən 48 saat ərzində çıxarılması barədə nota təqdim edib.

Tarix
2025.05.09 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan gözlənilməz bəyanat: Bakı buna görə razılaşdı...

Nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan

Azərbaycan XİN-dən Atatürkün Anım Günü ilə bağlı paylaşım

Tokayevin qərarı Türkiyəni narazı sala bilər?

“Müharibə Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?

Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi

Azərbaycan UNESKO komitəsinə üzv seçildi

Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı

Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi

Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla