Qarabağda baş verən son hadisələr Ermənistan üçün
ölümcül həyat dərsidir.
ANS-in məlumatına görə, tanınmış erməni portalı
"Lragir" 2-5 aprel günlərində qoşunları təmas xəttində baş vermiş
qarşıdurmaya həsr edilmiş məqalələrdən birini belə adlandırıb.
Məqalə müəllifi Naira Ayrumyan aprelin 2-də başlamış və 4 gün
davam etmiş döyüşlər nəticəsində Azərbaycan odusunun Ermənistanın
20 il ərzində möhkəmləndirdiyi istehkamları yararaq strateji
yüksəklikləri ələ keçirməsinin İrəvana bir neçə istiqamətdə zərbə
vurduğunu bildirib. Onun fikrincə, Ermənistan ictimaiyyəti anlayıb
ki, ölkələri müstəqil dövlət deyil, müstəmləkədir: "Ermənistanın
müttəfiqləri yoxdur, sadəcə Ermənistanı istiqlaliyyətdən məhrum
edərək müstəmləkəyə çevirmiş metropoliya - Rusiya var".
Jurnalistin fikrincə, Ermənistanın diplomatiyası da yoxdur:
"Ermənistanın xarici siyasəti də metropoliyaya işləyir - öz
maraqlarını irəli sürmür, öz xalqını qurban verir".
Naira Ayrumyan düşünür ki, Ermənistanda siyasətçi
xüsusiyyətlərinə malik rəhbərlər yoxdur: "Demək olar ki, bir il
gizlətdilər ki, Rusiya kreditə vəd etdiyi yüksək dəqiq silahları
göndərmir".
Məqalədə dördüncü ölümcül dərs kimi Ermənistanın xarici müdafiə
siyasətinin olmamasının aydın olduğu bildirilir: "İsraillə, o
cümlədən, yüksək texnologiya sahəsində əlaqə qurmaq əvəzinə, biz
İsraliə düşmən ərəb dövlətləri ilə dostluq edirik, çünki indi
ərəblər Rusiyanın müttəfiqləridir".
Müəllifin fikrincə, Ermənistan rəhbərliyi baş verənlərdən sonra
öz məsuliyyətini anlamır: "Ölkə prezidenti deyir ki, Ermənistan
80-ci illərin silahı ilə döyüşür. Halbuki, yüksək texnloji silah
naminə ölkənin müstəqilliyini Rusiyaya qurban verdi. Bu etirafı
ciddi məsuliyyət nəzərdə tutur və bu, baş verəcək".
Naira Ayrumyanın fikrincə, son hadislər göstərdi ki,
Ermənistanın siyasi elitası yoxdur: "Dərhal parlamentin iki
fraksiyasının rəhbərləri bildirdilər ki, münaqişə zonasına yad
(Rusiya - red.) sülhməramlılarının gətirilməsi qaçılmazdır".
İlk ehtimala görə, Serj Sarkisyan və onun potensial xələfi kimi
tanınan müdfaiə naziri Seyran Ohanyanın münasibətləri pozulub.
Ermənistan müdafiə naziri Seyran Ohanyanın nəzarəti altında olan
və əsasən Dağlıq Qarabağda anadan olmuş müəlliflərin məqalələrinə
yer verən "Lragir"in belə məqalə dərc etməsi "Qarabağ" klanında
bölünmə olduğunu ortaya çıxarır. İlkin ehtimala görə, Serj
Sarkisyan və onun potensial xələfi kimi tanınan müdfaiə naziri
Seyran Ohanyanın münasibətləri pozulub.
Son günlərdə erməni mətbuatında aprel döyüşlərini şərh edən
hərbçilərin arasında Seyran Ohanyanın olmaması da Ermənistanı idarə
edən "Qarabağ" klanında parçalanma yaranması qənaətini
dərinləşdirir. Serj Sarkisyanın "Qarabağ" klanının əsas rəqibi
Levon Ter-Petrosyanla görüşüb Rusiya qoşununu dəvət etmək
məsələsində ortaq fikrə gəlməsi də bu parçalanmanın bir
təzahürüdür.
Beləliklə, Ermənistan cəmiyyətində SSRİ-nin dağılmasından
istifadə edərək silahsız azərbaycanlılara qarşı soyqırım təşkil
etməklə Azərbaycan torpaqlarını işğal edərək özünə "qəhrəman" imici
yaratmış Qarabağ ermənilərinin hakimiyyət dövrü sona çata bilər.
Rəsmi Bakı bu ehtimalı diqqətdən yayındırmamalıdır. Çünki
Ermənistan siyasətinə yeni oyunçular gələ bilər və Azərbaycan da
onların siyasi oyuna gətirəcəyi yeni variantlara hazır
olmalıdır.