Yuxarı

Əliyev: “Ən çox əziyyət çəkən müsəlmanlardır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev: “Ən çox əziyyət çəkən müsəlmanlardır”

İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İstanbulda İƏT-in XIII Sammitinin birinci sessiyasında çıxışı zamanı deyib.

İlham Əliyev islamafobiyanı pisləyib:

"Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İslam Əməkdaşlıq Təşkilatının Sammitinə dəvətə və tədbirin əla təşkilinə görə təşəkkür edirəm. Son illərdə qardaş Türkiyə beynəlxalq aləmdə artan nüfuzu sayəsində "Böyük İyirmiliy"in üzvü kimi qlobal inkişafa mühüm töhfə verir. İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzulayıram. İslam Əməkdaşlıq Təşkilatının baş katibi cənab Mədəniyə təşkilatımızın inkişafı üçün göstərdiyi səylərə görə təşəkkür edirəm. Azərbaycan islam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir. Son illər ərzində Bakıda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olmuşdur. Mən İƏT-in qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində, islam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir".

Tarix
2016.04.14 / 17:15
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla