Yuxarı

Əli Əhmədov ordumuzun uğurundan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əhmədov ordumuzun uğurundan danışdı

Azərbaycan xalqının işğal altında olan torpaqlarını azad etmək hüququ var. Bu hüquqdan xalqımız və dövlətimiz lazım gələndə istifadə edəcək.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibi, Baş nazirin müavini Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Ə.Əhmədov deyib ki, aprelin əvvəllərində baş verən döyüşlərdə Azərbaycan Ordusunun qazandığı qələbə bizi çox sevindirir:

"Çünki gələcəkdə münaqişənin nizama salınması üçün bütün vasitələr və imkanlar tükənsə və Azərbaycan öz torpaqlarını azad etmək üçün təbii hüququndan istifadə edib güc vasitəsinə əl atmaq məcburiyyətində qalsa, bir neçə gün əvvəl azad edilən strateji mövqelər və yüksəkliklər ordumuza əlavə üstünlüklər verəcək. Bu mənada Azərbaycan Ordusu növbəti uğurlarını qazanması üçün çox mühüm imkanlar əldə edib".

Ə.Əhmədov əlavə edib ki, ötən illərdə Azərbaycan Ordusu ən müasir döyüş texnikaları və silah-sursatlarla təchiz edilib:

"Bu illərdə döyüş qabiliyyətinin artırılması üçün bütün qoşun növlərinin iştirakı ilə çoxsaylı hərbi təlimlər keçirilib. Beləliklə də haqlı olaraq Azərbaycanın sözün həqiqi mənasında çox güclü orduya malik olması haqda müxtəlif səviyyələrdə fikirlər səsləndirilir. Bu bizim subyektiv fikirlərimiz deyil, bütövlükdə beynəlxalq hərbi ekspertlərin gəldiyi rəylərdən ibarət olan qənaətdir. Azərbaycan Ordusu, sözün əsl mənasında güclü və yüksək döyüş qabiliyyətinə malik hərbi gücə çevrilib. Bu ordu torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli və məsuliyyətli vəzifəni yerinə yetirmək üçün bütün imkanlara malikdir. Biz ötən 22 ildə problemin sülh yolu ilə, dinc vasitələrlə, diplomatik yollarla həll edilməsinə üstünlük vermişik. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca istiqaməti Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən, dinc vasitələrlə həll edilməsinə nail olmaqdır. Təbii ki, bu xətti yeridərkən ölkəmizin rəhbərliyinin və Azərbaycan cəmiyyətinin prinsipial mövqeyi bundan ibarətdir ki, ərazilərimizin işğal altında saxlanılması və yaxud torpaqlarımızın hansısa bir hissəsinin Azərbaycandan ayrılması aparılan danışıqların predmeti ola bilməz və gələcəkdə də olmayacaq".

Tarix
2016.04.15 / 11:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla