Yuxarı

Abşeronda qurumuş ağacların götürülməsinə başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeronda qurumuş ağacların götürülməsinə başlanıldı

Xırdalan şəhərindəki park və xiybanlar daxil olmaqla, şəhər ərazisində mövcud olan həmişəyaşıl ağacların, xüsusilə şam ağaclarının bütün aqrotexniki qulluq olunmasına baxmayaraq, bir neçə ünvanda kütləvi şəkildə quruması müşahidə olunmuşdur.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentlinə müraciət olunmuş, qurumanın səbəbələrinin araşdırılması və qurumuş ağacların götürülməsi, eyni zamanda yerində yeni tinglərin əkilməsi istiqamətində rəy verilməsi xahiş olunmuşdur.

Müvafiq qurumların əməkdaşlarının birgə iştirakı ilə əraziyə baxış keçirilmiş və araşdırılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən sözügedən qurumuş ağacların götürülməsi və yeni tinglərinin əkilməsi ilə bağlı müvafiq rəy verilmişdir. Belə ki, Xırdalan şəhərindəki Heydər Əliyev adına Parkda kök üstündə qurumuş 749 ədəd şam ağacının götürülməsi haqda məktub daxil olmuşdur. Qeyd etmək istərdik ki, bu rəyə uyğun olaraq RİH tərəfindən Park ərazisində mövcud olan qurumuş ağacların mərhələli şəkildə götürülməsi prosesinə başlanılmışdır. İlkin mərhələdə yaz aylarında 200 ədəd qurumuş ağac götürülmüşdür. Götürülmüş quru ağacların ünvanları koordinatlar və say olmaqla aidiyyəti qurumların iştirakı ilə qeydiyyata alınmışdır. Onların yerinə isə hündürlüyü 3-4 metr olmaqla şam ağacı, küknar, zeytun və müxtəlif ağaclar əkilmişdir.

Ağac əkimi mövsümü boyunca yeni tinglərin əkilməsi davamlı olaraq həyata keçiriləcəkdir.

Bir daha nəzərinizə çatdırmaq istərdik ki, Abşeron Rayon İcra Hakimiyyəti mövcud yaşıllıqların qorunmasına həsasslıqla yanaşmaqla bərabər yaşıllıq sahələrinin artırılması istiqamətində də davamlı işlər görür. Belə ki, ötən 2025-2026-ci illər ərzində rayon ərazisində 25.000-ə yaxın ağac və kollar əkilmiş, onlara aqroqulluq təşkil edilmişdir.

Tarix
2026.09.14 / 16:01
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası başladı

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla