Yuxarı

Bakıda ən yaxşı məktəblər… - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ən yaxşı məktəblər… - Ekspert

Xəbər verdiyimiz kimi, Bakı Metropoliteni QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb və metroda hərəkətin dayandırılması ilə əlaqədar sərnişin daşımalarında yarana biləcək əlavə yükün qarşılanması məqsədilə AYNA tərəfindən ekspress avtobusları ayrılıb.

Sözügedən işlərlə əlaqədar artıq günlərdir Bakıda ciddi sıxlıq, avtobusların intervalında isə gecikmələr müşahidə olunur.

Sabahdan növbəti tədris ilinin başlayacağını nəzərə alsaq, yollarda vəziyyətin heç də ürəkaçan olmayacağını proqnozlaşdırmaq olar.

Yollarda vəziyyəti çətinləşdirəcək daha bir amil isə valideynlərin bəzən öz övladlarını yaşadıqları ərazidən xeyli uzaqda yerləşən məktəblərə qoymasıdır.

Təhsil eksperti Elçin Əfəndi Axar.az-a açıqlamasında bildirib ki, nəqliyyatla bağlı düzgün tənzimlənmə olmadığı halda yollarda sıxlıq daha da çox olacaq:

“Ona görə də valideynlər daha yaxın məktəblərə üstünlük verməlidir. Çünki ən yaxşı məktəb yaxında olan məktəbdir. Bu prinsipə riayət etmək lazımdır. Övladlarını daha uzaqda yerləşən məktəblərə göndərdikdə yollarda daha çox sıxlıq yaranır və şagird daha çox əziyyət çəkir”.

Tarix
2026.09.14 / 15:44
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla