Yuxarı

Bu, Kremlin İrəvandan tələbidir: mandat ləğv edilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm, AB missiyasının mandatının Ermənistanda fəaliyyətini dayandırması məsələsini İrəvan hökuməti və Rusiya qəsdən Azərbaycanın tələbi imiş kimi göstərməyə çalışır. Bu məsələdə Azərbaycanla Rusiyanın narazılığı məsələsi tamamilə ayrı mahiyyət daşıyır.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“Missiyanın mandatında onun Ermənistanın ərazisində, o cümlədən sərhəd bölgəsində nəzarət aparacağı göstərilir. Amma həmin bölgədə sərhəd müəyyən olunmayıb, nə delimitasiya, nə də demarkasiya məsələləri öz həllini tapıb. Ümumiyyətlə tərəflər Almatı Bəyannaməsini fərqli şəkildə başa düşür, onun tətbiqi barəsində müxtəlif fikirdədirlər. Bu baxımdan müəyyən olunmamış sərhəddə missiyanın nəzarət həyata keçirməsi təhlükə yaradır. Azərbaycan da buna narazılığını bildirir. Cənab Prezident missiyanın heç bir faydası olmayan fəaliyyətini diqqətə çatdırıb, onların işinin “binokl diplomatiyası” olduğunu bildirib. Əslinə qalsa, bunun Ermənistan üçün yalnız bir xeyri var. O da rəsmi İrəvanın sərhədlərini necə təsəvvür edirsə, missiyanın bu fikri dolayı yollarla təsdiqləməsidir. Sərhədin müəyyən olunması isə hələ də Azərbaycanla danışıqlar mövzusudur. Məhz buna görə Azərbaycan missiyanın fəaliyyətinə qarşı çıxır”, - politoloq bildirib.

T.Zülfüqarovun sözlərinə görə, Rusiya AB missiyasının Ermənistanda fəaliyyətini dayandırmasında xüsusilə maraqlıdır:

“Ermənistanın təhlükəsizlik və müdafiə sistemi tamamilə Rusiyanın nəzarəti altındadır. Təhlükəsizliyini təmin etdiyi üçün də Moskva İrəvana öz şərtlərini diktə edir. Bu şərtlərdən biri də missiyanın Ermənistandakı fəaliyyəti ilə bağlıdır. Yəni missiyanın Ermənistanda fəaliyyətini dayandırmasını istəyir. Bu mənada tələb zənnimcə Moskvadan gəlib. Məlum məsələdir ki, 200-300 nəfərlik hansısa missiya Ermənistanın təhlükəsizliyini təmin etmir”.

Qeyd edək ki, erməni mətbuatı İrəvan hökumətinin AB-nin Ermənistandakı monitorinq missiyasının mandatı ilə bağlı Azərbaycanın tələbini yerinə yetirmək niyyətində olduğunu yazıb.

Tarix
2024.10.17 / 08:30
Müəllif
Aytac Araz
Digər xəbərlər

Bizə nəyi təbliğ edirlər? - Millət kimi yox ola bilərik!

Ermənistan Azərbaycana hücuma hazırlaşır: COP29 zamanı...

İrəvan Gəncəyə raket hücumlarını araşdırmalıdır!

Prezidentdən Füzuli şəhəri Günü ilə bağlı paylaşım - Video

İran-İsrail müharibəsi baş verəcək? - Ekstrasens

İsrailin bir səbəbi var idi: Moskva və Bakı kimi... – Arkov

Azərbaycan bütün dünyanı “COP atəşkəsinə” dəvət edir

Bu da Zelenskinin Qələbə planına NATO-nun cavabı

Zelenskinin planı: Qərb dəstəkləməsə, nə baş verəcək?

Bakıda 500 il insan yaşamasa, şəhər belə olar - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla