Yuxarı

Bakıda su üzərindən yol çəkilir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyükşor-Pirşağı avtomobil yolunda tikinti işlərinin 75%-i görülüb.

Axar.az xəbər verir ki, Bakı şəhərində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolu ümumi uzunluğu 12.7 km olmaqla inşa edilir. Yeni yol 30.6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla 6 hərəkət zolağından ibarətdir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası yekunlaşdırılıb. Onun sözlərinə görə, hazır olan hissələrdə asfaltlanma aparılır ki, bu da işlərin böyük hissəsinin görülməsi deməkdir. azal vakansiya

Avtomobil yolunun hər iki tərəfində piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması da nəzərdə tutulub.

Bundan başqa layihə üzrə marşrut boyu yolun sağ və sol kənarlarında mühafizə hasarları qurulur. Eyni zamanda nəqliyyat və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq yerlərdə əyri xətli tirlər quraşdırılır. Yolun ayın sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:

Tarix
2024.10.17 / 10:56
Müəllif
Axar.az
Digər xəbərlər

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Bakıda bu bələdiyyələr birləşdiriləcək - Siyahı

Bizə nəyi təbliğ edirlər? - Millət kimi yox ola bilərik!

Ermənistan Azərbaycana hücuma hazırlaşır: COP29 zamanı...

İrəvan Gəncəyə raket hücumlarını araşdırmalıdır!

Prezidentdən Füzuli şəhəri Günü ilə bağlı paylaşım - Video

İran-İsrail müharibəsi baş verəcək? - Ekstrasens

Bu, Kremlin İrəvandan tələbidir: mandat ləğv edilir

İsrailin bir səbəbi var idi: Moskva və Bakı kimi... – Arkov

Azərbaycan bütün dünyanı “COP atəşkəsinə” dəvət edir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla