Yuxarı

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizin İran parlamentindəki bir neçə millət vəkili İran Hava Yolları Şirkətinin Şərqi Azərbaycanın “Ata” Hava Yolları Şirkətinə məxsus təyyarələrdə qonaqların türk dilində salamlanmasına qoyulan qadağanı tənqid edib.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Ruhullah Mütəfəkkir Azad və Əlirza Novin çıxış edib.

“Bəziləri həddindən artıq ifratçılıq edir, keşişdən daha çox xristian olmağa çalışırlar. Azərbaycanlı sərnişinlərə türk dilində “xoş gəlmisiniz” demək cinayət deyil, biz İran Hava Yolları Şirkətinin məsələ ilə bağlı yanaşmasından narazıyıq və bunu diqqətdə saxlayacağıq”, - Ruhullah Mütəfəkkir Azad deyib.

Təbrizin İran parlamentindəki başqa nümayəndəsi Əlirza Novin də türk dilinə qarşı münasibəti tənqid edib. Millət vəkili məsələnin araşdırılmasını, Təbrizə uçan təyyarələrdə qonaqların türk dilində salamlanmasına qadağanın həqiqət olduğu təqdirdə bunun parlamentdə müzakirəyə çıxaracağını söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Ata” aviaşirkətinin Tehrandan Təbrizə uçan təyyarəsində bələdçi qonaqları türk dilində salamlayıb. Bu, mediada geniş rezonans doğurub və fars millətçiləri bunu separatçılığın təbliği kimi qələmə veriblər.

Bundan sonra İran Hava Yolları Şirkəti Təbrizə uçan təyyarələrdə qonaqların türk dilində salamlanmasına qadağa qoyub.

Tarix
2024.10.17 / 13:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda 44 günlük müharibə ilə bağlı araşdırma başa çatdı

Rusiyadan Azərbaycana qarşı daha bir təxribat - Gərginlik artır

Sahibə Qafarova Fələstin səfiri ilə görüşdü - Foto

Bir hissəsi Azərbaycan ərazisinə düşən Kirants - Foto

Pezeşkian Əliyevə “barışdınız” deyərkən, nəyi qəsd etdi?

Azərbaycan bu ölkədə səfirlik açır

Kremldən Əliyev və Putinin salamlaşmasına - Reaksiya

Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev

Bakıdan İrəvana məxfi zəng: Hacıyev narazılığını çatdırıb?

Çindəki paraddan görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla