Yuxarı

Bakıdan İrəvana məxfi zəng: Hacıyev narazılığını çatdırıb?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan İrəvana məxfi zəng: Hacıyev narazılığını çatdırıb?

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla telefon danışığı apardığı haqda iddia yayılıb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin iddiasına görə, telefon danışığı 30 avqustda baş tutub.

Bildirilib ki, telefon danışığının məqsədi 8 avqustda Ağ Evdə keçirilən görüş zamanı Donald Trampın “23 xristian məhbus olduğunu deyirsiniz, mən onların buraxılması üçün xahiş edəcəyəm və düşünürəm ki, bunu mənim xatirimə edəcəklər” sözləri olub.

“Əldə etdiyimiz məlumata görə, Hikmət Hacıyev birbaşa bəyan edib ki, Azərbaycan Trampın tələbini yerinə yetirə, bütün erməni əsirləri (konkret cinayətdə ittiham olunan şəxslər nəzərdə tutulur – red.) azad edə bilməyəcək. O, Ermənistanın Vaşinqtondakı nümayəndəsinin “xristian məhbuslar” ifadəsini işlətməsindən də narazılıq edib. Bildirib ki, bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına xələl gətirir”, - nəşr qeyd edib.

“Bizə dedilər ki, Ermənistan hökuməti hazırda Bakıda məhbuslar üçün döyüşmək fikrində deyil. Amma Paşinyan ümid edir ki, seçkilərə qədər heç olmasa, kimisə qaytarmağa nail olacaqlar ki, bunu ictimaiyyətə siyasi qələbə və bu istiqamətdə işin sübutu kimi təqdim etsinlər”, - “Hraparak” əlavə edib.

Tarix
2025.09.03 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla