Yuxarı

Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 sentyabr 2025-ci il tarixində Bakıda dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri olan 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) dünya finalının açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbir ölkəmizdə ilk dəfə təşkil edilən dünya finalı ilə tarixə düşüb.

Qeyd edək ki, ICPC dünya finalı Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ICPC Azərbaycan icmasının əməkdaşlığı və PAŞA Holding-in dəstəyi ilə gerçəkləşir. Kapital Bank isə PAŞA Holding-in daxilində bu mühüm qlobal layihədə fəal iştirak edir.

Açılış mərasimində ICPC Fondunun prezidenti Bil Pouçer builki yarışa 63 294 tələbə, 10 573 məşqçi və köməkçi məşqçinin qatıldığını bildirib. Onlar 3 307 universiteti və 93 şirkəti təmsil edərək yarışların seçim mərhələlərində iştirak ediblər. Nəticədə dünyanın ən güclü tələbə proqramçılarından ibarət 148 komanda final mərhələsinə vəsiqə qazanaraq Bakıya toplaşıb.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bu mötəbər yarışın Bakıda keçirilməsini Azərbaycanın texnoloji tərəqqisinin göstəricisi, beynəlxalq əməkdaşlığa açıqlığının nümunəsi adlandırıb. O vurğulayıb ki, bu təcrübə gənclərin ölkənin texnoloji gələcəyinin formalaşdırılmasına və maliyyə sektorunun mürəkkəb çağırışlarının həllinə mühüm töhfə verəcək.

Bankın nümayəndələrinin də qatıldığı açılış mərasimi, Kapital Bank-ın gənclərin inkişafına, innovasiya və texnologiya sahəsində beynəlxalq əməkdaşlıqlara verdiyi önəmin nümunəsidir. Bununla yanaşı, PAŞA Holding-in stendində Kapital Bank tərəfindən gənclərə bank sektorunda mövcud iş imkanları, karyera inkişafı, innovativ məhsullar və layihələr haqqında ətraflı məlumat təqdim olunur. Ziyarətçilərin sualları cavablandırılır, onların maraq göstərdiyi mövzular üzrə interaktiv söhbətlər aparılır.

Beş gün davam edəcək layihə çərçivəsində iştirakçılar həm də Bakı Konqres Mərkəzində təşkil olunan sərgidə müxtəlif beynəlxalq şirkətlərin stendləri ilə tanış ola biləcəklər. Sərgidə “OpenAI”, “JetBrains”, “Huawei”, “Google” kimi qlobal lider texnologiya şirkətləri də öz təcrübə və həllərini təqdim edirlər.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Tarix
2025.09.03 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda 44 günlük müharibə ilə bağlı araşdırma başa çatdı

Rusiyadan Azərbaycana qarşı daha bir təxribat - Gərginlik artır

Sahibə Qafarova Fələstin səfiri ilə görüşdü - Foto

Bir hissəsi Azərbaycan ərazisinə düşən Kirants - Foto

Pezeşkian Əliyevə “barışdınız” deyərkən, nəyi qəsd etdi?

Azərbaycan bu ölkədə səfirlik açır

Kremldən Əliyev və Putinin salamlaşmasına - Reaksiya

Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev

Bakıdan İrəvana məxfi zəng: Hacıyev narazılığını çatdırıb?

Çindəki paraddan görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla