Yuxarı

Tanınmış həkimin evindən 25 min manat oğurlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış həkimin evindən 25 min manat oğurlandı

Sumqayıt şəhərində həkimin evi qarət edilib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Sumqayıt Tibb Mərkəzinin həkimi Gülbar Hüseynova evinin döşəməsinin bir hissəsini təmir etdirmək üçün qardaşından usta gətirməsini xahiş edib. Qardaşı Nəbi adlı usta ilə danışıb və razılıq əldə edilib. Usta bildirib ki, səhər saatlarında evə gəlib, həmin hissəni təmir edəcək.

Ev sahibi Gülbar Hüseynova səhər saatlarında işə gedərkən evin giriş qapısını bağlayıb və açarı ayaqaltının altında gizlədib. O, bu barədə ustaya məlumat verib. Usta evi təmir edəndən sonra yenidən qapını bağlayıb, açarı həmin yerə qoyub.

Qadının evdə olmadığını görən qonşusu İlkin Məmmədov mənzildən oğurluq etmək qərarına gəlib.

İlkin qohumunun köməyi ilə mənzilin pəncərəsini açaraq içəri daxil olub. O, evdə olan 10 min manatdan artıq pulu və bahalı qızıl-zinət əşyalarını götürüb. O, ümumilikdə evdən 25 min manatlıq oğurluq edib. Daha sonra İlkin evin giriş qapısının cəftəsini mənzilin içərisindən qıraraq qapını açıb hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İ.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 2 il azadlıqdan məhrum edilib.

Tarix
2025.09.03 / 20:54
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla