Yuxarı

Qadınların səhifələrini ələ keçirən 22 yaşlı oğlan tutuldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən sosial şəbəkə və digər onlayn platformalarda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

DİN-dən Axar.az-a verilən məlumata görə, növbəti tədbir zamanı Tiktok, İnstaqram və bu kimi sosial şəbəkələrdən istifadə edən qadınların səhifələrinə kiberhücumlar edərək şəxsi məlumatlarını ələ keçirən 22 yaşlı Rəşad Məmmədov saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, R.Məmmədov zərərçəkənlərə məxsus video, eləcə də fotolara xüsusi proqramlar vasitəsi ilə qeyri-etik səs effektləri və məlumatlar əlavə edərək sosial şəbəkələrdə özünə məxsus səhifələrdə paylaşıb. Görüntüləri paylaşılan şəxslərlə əlaqə saxlayan R.Məmmədov onların adına saxta səhifələr yaratdığını bildirib və hədə-qorxu gələrək rüsvayedici profillərin silinməsi müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib.

Onun bu kimi qanunsuz hərəkətləri nəticəsində zərərçəkən digər şəxslərin də dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Tarix
2025.09.03 / 17:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda 44 günlük müharibə ilə bağlı araşdırma başa çatdı

Rusiyadan Azərbaycana qarşı daha bir təxribat - Gərginlik artır

Sahibə Qafarova Fələstin səfiri ilə görüşdü - Foto

Bir hissəsi Azərbaycan ərazisinə düşən Kirants - Foto

Pezeşkian Əliyevə “barışdınız” deyərkən, nəyi qəsd etdi?

Azərbaycan bu ölkədə səfirlik açır

Kremldən Əliyev və Putinin salamlaşmasına - Reaksiya

Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev

Bakıdan İrəvana məxfi zəng: Hacıyev narazılığını çatdırıb?

Çindəki paraddan görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla