
Putin Azərbaycanla münasibətlərdən danışdı: Problemlər var
18:48
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə qəbul olunmuş məhkəmə qərarından verilmiş apellyasiya şikayəti əsasında keçirilən məhkəmə prosesi başa çatıb.
Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib.
Bəhruz Səmədovun barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bəhruz Səmədov ötən il avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb.
O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.
Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Tarix
2025.09.03 / 17:03
|
Müəllif
Axar.az
|