Yuxarı

Boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

DİM-dən Axar.az-a bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 22237 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 246 nəfər (o cümlədən 126 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 15662 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.66% dolub. Cəmi 212 yer (1.34%) boş qalıb.

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:

Qəbul
planı

Qəbul olunub

Qəbulolma faizi

Vakant yerlərin

sayı (faizi)

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr
üzrə cəmi

Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar

14928

14339

588

14927

99.99

1 (0.01)

Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar

931

683

37

720

77.34

211 (22.66)

Cəmi

15874

15037

625

15662

98.66

212 (1.34)

Sentyabrın 4-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 15 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.

Tarix
2025.09.03 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda 44 günlük müharibə ilə bağlı araşdırma başa çatdı

Rusiyadan Azərbaycana qarşı daha bir təxribat - Gərginlik artır

Sahibə Qafarova Fələstin səfiri ilə görüşdü - Foto

Bir hissəsi Azərbaycan ərazisinə düşən Kirants - Foto

Pezeşkian Əliyevə “barışdınız” deyərkən, nəyi qəsd etdi?

Azərbaycan bu ölkədə səfirlik açır

Kremldən Əliyev və Putinin salamlaşmasına - Reaksiya

Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev

Bakıdan İrəvana məxfi zəng: Hacıyev narazılığını çatdırıb?

Çindəki paraddan görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla