Yuxarı

Putinin “kölgə donanması” dünyanı çirkləndirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ildən başlayaraq Rusiyanın “kölgə donanması”nın gəmiləri tərəfindən beynəlxalq sularda ən azı doqquz neft dağılması hadisəsi aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri və “SourceMaterial” qeyri-hökumət təşkilatının jurnalistlərinin apardıqları araşdırmada qeyd olunub.

“Jurnalistlər “SkyTruth” qeyri-hökumət təşkilatının peyk görüntülərindən istifadə edib və onu “Lloyd's List” və “Kpler” şirkətlərinin məlumatları ilə birləşdiriblər. Onlar Tailanddan Vyetnama, İtaliyaya və Meksikaya kimi dünyanın müxtəlif yerlərində Rusiyanın “kölgə donanması” ilə əlaqəli neft sızmalarını aşkar ediblər. Bu tankerlər həmçinin Qırmızı dəniz və Panama kanalı kimi yükdaşıma dəhlizlərindən keçirdilər. Bu o deməkdir ki, ciddi qəza baş verərsə, beynəlxalq ticarət yolları pozula bilər”, - hesabatda bildirilib.

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard nəşrə açıqlamasında deyib ki, gəmilər dəniz mühiti üçün ciddi təhlükə yaradır və jurnalistlərin aşkar etdiyi hallar da bunu göstərir.

“Politiko” qeyd edib ki, bu gəmilərin əksəriyyəti sığortasızdır və ciddi neft sızması olacağı təqdirdə hökumətlərin onları məhkəməyə cəlb etməsi çətin olacaq.

Qeyd edək ki, Rusiya 600-dən çox tankerdən ibarət “kölgə donanması” yaradıb. Moskva bundan G7-nin neftə tətbiq etdiyi 60 dollarlıq qiymət baryerindən yayınmaq üçün istifadə edir.

Tarix
2024.10.17 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

Türkiyə MN Azərbaycanı təbrik etdi

Azərbaycanlılar haqlıdır, millətimizdə problem var - Xaçikyan

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Bakıda bu bələdiyyələr birləşdiriləcək - Siyahı

Bizə nəyi təbliğ edirlər? - Millət kimi yox ola bilərik!

Ermənistan Azərbaycana hücuma hazırlaşır: COP29 zamanı...

İrəvan Gəncəyə raket hücumlarını araşdırmalıdır!

Prezidentdən Füzuli şəhəri Günü ilə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla