Yuxarı

Xətai rayonunda sürüşmənin səbəbi məlum oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.

Axar.az xəbər verir iki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir:

"Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək".

Ə.Əliyev həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

Qeyd edək ki, Gəncə prospekti, 97 ünvanında yerləşən yaşayış binasının qarşısında torpaq sürüşməsi ilə bağlı ötən gün sakinlər görüntü paylaşmışdı.

***

Xətai rayonu ərazisində baş verən sürüşməyə səbəb son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçması olub.

Bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.

O bildirib ki, Agentliyin mütəxəssisləri tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələrinə görə, ərazidə ciddi təhlükə yoxdur.

"Uçmuş süxur kütləsinin ərazidən götürülməsi və yamacın hamarlanması işləri aidiyyəti qurumlar tərəfindən həyata keçiriləcək", - deyə o bildirib.

Tarix
2024.10.17 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

Türkiyə MN Azərbaycanı təbrik etdi

Azərbaycanlılar haqlıdır, millətimizdə problem var - Xaçikyan

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Bakıda bu bələdiyyələr birləşdiriləcək - Siyahı

Bizə nəyi təbliğ edirlər? - Millət kimi yox ola bilərik!

Ermənistan Azərbaycana hücuma hazırlaşır: COP29 zamanı...

İrəvan Gəncəyə raket hücumlarını araşdırmalıdır!

Prezidentdən Füzuli şəhəri Günü ilə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla