Yuxarı

İstanbulda mühüm iclas: Fidan bunu deyəcək!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda sabah keçirilməsi nəzərdə tutulan “3+3” regional platformasının iclasında Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması prosesinə Ankaranın dəstəyini vurğulayacaq.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Onun çıxışında Ankaranın səylərinin Qafqazda sülh və sabitliyin bərqərar olmasına yönəldiyini deyəcəyi gözlənilir. Nazir Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin də Ankara tərəfindən dəstəkləndiyini vurğulayacaq”, - mənbə bildirib.

Diplomatik mənbə qeyd edib ki, görüş iştirakçıları münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayan birgə bəyanat qəbul edəcək:

“İclasın sonunda iştirakçı ölkələr birgə bəyanat qəbul etməyi planlaşdırır. Bəyanatın mətnində region ölkələri arasında problemlərin BMT Nizamnaməsində təsbit olunmuş prinsiplər əsasında dialoq yolu ilə həllinin zəruriliyi vurğulanacaq. Bəyanatın mətnində həmçinin regional iqtisadi əməkdaşlığın, etimadın yaradılmasının və rifahın artırılmasının vacibliyini qeyd etmək planlaşdırılır”.

Qeyd edək ki, “3+3” formatında iclas 18 oktyabrda İstanbulda keçiriləcək.

Tarix
2024.10.17 / 16:39
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

Türkiyə MN Azərbaycanı təbrik etdi

Azərbaycanlılar haqlıdır, millətimizdə problem var - Xaçikyan

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Bakıda bu bələdiyyələr birləşdiriləcək - Siyahı

Bizə nəyi təbliğ edirlər? - Millət kimi yox ola bilərik!

Ermənistan Azərbaycana hücuma hazırlaşır: COP29 zamanı...

İrəvan Gəncəyə raket hücumlarını araşdırmalıdır!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla