Yuxarı

AZAL Batumiyə reyslərin müddətini uzadır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə daha geniş səyahət imkanları təqdim etmək məqsədilə Dubayın daha bir hava limanına uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır.

Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, AZAL 2024-cü il noyabrın 8, 11, 13 və 20-də Bakı-Dubay-Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Uçuşlar Bakı aeroportundan Dubayın Əl-Məktum Beynəlxalq Hava Limanına yerinə yetiriləcək. Bu hava limanının bir çox hotellərə yaxın yerləşməsi Dubaya səfəri sərnişinlər üçün daha cəlbedici edir.

Həmçinin AZAL Batumi istiqamətində uçuşları 2025-ci ilin yanvarın 12-nə kimi uzadıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə — cümə və bazar günləri həyata keçiriləcək ki, bu da sərnişinlərə Gürcüstanın məşhur kurort şəhərinə səyahətlərini rahat şəkildə planlaşdırmaq imkanı verir.

Bundan əlavə, aviaşirkət 2025-ci il martın 14-dən 28-nə kimi Batumiyə aviabiletlərin satışını elan edir. Səyahətçilər bahar tətillərində səfərlərini əvvəlcədən planlaşdıra bilərlər.

AZAL aviadaşımalara artan tələbatı qarşılamaq üçün müxtəlif addımlar atır və xüsusilə tələbatın yüksək olduğu dövrlərdə sərnişinlərinə əlverişli şərtlər təklif etməyə çalışır.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Tarix
2024.10.17 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

Türkiyə MN Azərbaycanı təbrik etdi

Azərbaycanlılar haqlıdır, millətimizdə problem var - Xaçikyan

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Bakıda bu bələdiyyələr birləşdiriləcək - Siyahı

Bizə nəyi təbliğ edirlər? - Millət kimi yox ola bilərik!

Ermənistan Azərbaycana hücuma hazırlaşır: COP29 zamanı...

İrəvan Gəncəyə raket hücumlarını araşdırmalıdır!

Prezidentdən Füzuli şəhəri Günü ilə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla