Yuxarı

Dəmir Ledi: Putin nələr edə bilər? - Tarixi çıxış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternet resurslarında Britaniyanın keçmiş baş naziri, Dəmir Ledi - Marqaret Tetçerin Rusiya Prezidenti Vladimir Putin haqqında 24 il əvvəl çıxışı yenidən gündəmə gəlib.

Axar.az xəbər verir ki, Tetçer 20 sentyabr 2000-ci ildə həmin ilin avqustunda Rusiya donanmasına məxsus “Kursk” atom sualtı qayığının batması haqda danışıb.

“İndi bizim yeni mister Putinimiz var. Mən mister Putinin fotolarına baxdım və onda insanlıq izləri tapmağa çalışdım. Bir neçə həftə ərzində mən bunu daha yaxşı anladım, çünki nə baş verdiyini siz yaxşı bilirsiniz. Onlarda (Rusiyada – red.) sualtı qayığın batması ilə bağlı dəhşətli faciə baş verdi.

Daxildə partlayış baş vermişdi, ya yox, biz bunu bilmirik. Amma daha sonra baş verənlər çox maraqlı idi. Əgər nə vaxtsa Qərbdə bədbəxt hadisə baş verirsə, ora bütün qüvvələr cəlb olunur. Siyasətçilər təcili toplanır və soruşurlar ki, bizdən hansı kömək tələb olunur. Əgər biz kömək edə bilmiriksə, o zaman başqalarından yardım istəyirik. Onlar verə biləcəyimiz hər şeyi əldə edirlər.

Əsas məsələ sualtı qayıq deyil, içindəki insanların həyatıdır.

Sovet İttifaqının yeni liderinin reaksiyası maraqlıdır. Cəld hərəkət etmədi, digərlərini səfərbər etməyə cəhd göstərmədi. Biz ora bir neçə kiçik sualtı qayığımızı göndərməklə köməyə getməyə hazır idik.

O, insan həyatını qiymətləndirmir. Ona görə də bütün yardım həddən artıq gec çatdı.

Amma cənab Putinin etməli olduğu, lakin etmədiyi üçün bu qədər tənqid olunması məni müəyyən mənada rahatlatdı.

Və bu, bir daha onu göstərir ki, Sovet İttifaqı və Sovet İttifaqı xalqları nələrin edilə biləcəyini, lakin edilmədiyini və hazırda görülməkdə olan işləri çox yaxşı bilirlər”, - Tetçer bildirib.

Tarix
2024.10.17 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

Türkiyə MN Azərbaycanı təbrik etdi

Azərbaycanlılar haqlıdır, millətimizdə problem var - Xaçikyan

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Bakıda bu bələdiyyələr birləşdiriləcək - Siyahı

Bizə nəyi təbliğ edirlər? - Millət kimi yox ola bilərik!

Ermənistan Azərbaycana hücuma hazırlaşır: COP29 zamanı...

İrəvan Gəncəyə raket hücumlarını araşdırmalıdır!

Prezidentdən Füzuli şəhəri Günü ilə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla