Yuxarı

ANAMA 30 min kv.m ərazini təmizlədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANAMA 30 min kv.m ərazini təmizlədi

Aprelin 18-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cəbhəboyu rayonlarda 30 min kv.m-ə yaxın ərazi yoxlanılıb.

Bu barədə ANAMA-dan Axar.az-a daxil olan hesabatda deyilir.

Aprelin 18-də Agentlik tərəfindən Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat aşağıdakı kimidir:

Tərtər rayonu

Qaradağlı kəndi - 4 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 4 partlamış sursat aşkar edilib və 16 000 kv.m. ərazi yoxlanılıb.

Qapanlı kəndi - 2 ev və həyətyanı sahədə 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib və 8 000 kv.m. ərazi yoxlanılıb.

Cəmi: 6 ev və həyətyanı sahə, 18 partlayış yeri və 24 000 kv.m. ərazi yoxlanılıb.

Goranboy rayonu

Qaxdud kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 2 partlamış sursat aşkar edilib və nəticə etibarlilə 210 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz şəhəri - şəhər və ətrafında 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib və 1 735 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Evoglu kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış sursat aşkar edilib və 3 000 kv.m ərazi yoxlanılıb.

Aprelin 18-də Agentlik tərəfindən 8 ev, 35 partlayış yeri, 2 əkin sahəsi və 28 945 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, ANAMA tərəfindən 7-18 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 278 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahəsinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keşirilib, 137 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

Tarix
2016.04.18 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla