Yuxarı

Putin ABŞ-a söz verib, Donetski ələ keçirməlidir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin ABŞ-a söz verib, Donetski ələ keçirməlidir

Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın nümayəndələrinə növbəti dəfə Donetsk vilayətini ələ keçirəcəyinə söz verib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Nyu Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.

“Putin deyib ki, ona cəmi bir neçə ay da lazımdır. Bu, yəqin ki, son beş il ərzində verdiyi 17-ci və ya 18-ci belə vəddir. Həmişə eyni şeydir: daha bir neçə ay, sonra isə müddəti yenidən uzadır. Putin bu dəfə də məğlubiyyətə uğrayacaq”, – Zelenski deyib.

Prezident əlavə edib ki, bundan sonra Putin bütün dünyaya yalnız Ukraynanın Donbasdakı işğal olunmuş əraziləri ilə kifayətlənmək niyyətində olmadığını bir daha göstərəcək:

“O, daha çox şəhərimizi – Odessa, Xarkov, Dnepr və digər şəhərləri ələ keçirmək istəyir. Kremldə kimsə hətta üzərində “Kiyevə doğru” yazılmış bir şəkil də nümayiş etdirib”.

Tarix
2026.09.24 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla