Aprelin 19-də Azərbaycan Respublikası Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən
cəbhəboyu rayonlarda 34 min kv.m-ə yaxın ərazi
yoxlanılıb.
Bu barədə ANAMA-dan Axar.az-a daxil olan hesabatda deyilir.
Aprel 19-da Agentlik tərəfindən Tərtər, Goranboy, Füzuli və
Ağdam rayonlarında aparılan işlər haqqında hesabat aşağıdakı
kimidir:
Tərtər rayonu
Qaradağlı kəndi - 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə
baxış keçirilib, 4 partlamış sursat aşkar edilib və 9 600 kv.m.
ərazi yoxlanılıb.
Qapanlı kəndi - 4 ev və həyətyanı sahədə 9 partlayış yerinə
baxış keçirilib, 9 partlamış sursat aşkar edilib və 12 000 kv.m.
ərazi yoxlanılıb.
Cəmi: 6 ev və həyətyanı sahə, 13 partlayış yeri və 21 600 kv.m.
ərazi yoxlanılıb.
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 4 ev və həyətyanı sahədə 4 partlayış
yerinə baxış keçirilib, 4 partlamış sursat aşkar edilib və nəticə
etibarilə 480 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Horadiz şəhəri - şəhər və ətrafında 11 partlayış yerinə baxış
keçirilib, 11 partlamış sursat aşkar edilib və 2 970 kv.m ərazi
yoxlanılıb.
Ağdam rayonu
Evoğlu kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış
keçirilib, 2 ədəd partlamış sursat aşkar edilib və 3 700 kv.m ərazi
yoxlanılıb.
Təzəkənd kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış
keçirilib, 2 ədəd partlamış sursat aşkar edilib və 5 000 kv.m ərazi
yoxlanılıb.
Cəmi: 3 əkin sahəsi, 4 partlayış yeri və 8 700 kv.m ərazi
yoxlanılıb.
19 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 10 ev, 32
partlayış yeri, 3 əkin sahəsi və 33 750 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə, ANAMA tərəfindən 7-19 aprel 2016-cı il tarixlərində
Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 288
ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi
hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq
sahəsinə baxış keçirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar
olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil
çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində
yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin
yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.