Ana səhifə Gündəm |
Bu gün Çili ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü il noyabrın 3-də qurulub. Bu ay isə biz Çilinin Bakıda konsulluq şöbəsini açacağıq.
Axar.az xəbər verir ki, bu sözləri Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil edilən tədbirdə bildirib.
O qeyd edib ki, Çili Azərbaycandan ən uzaq ölkə olduğuna görə ikitərəfli münasibətləri və ticarəti dərinləşdirmək asan məsələ olmayıb.
"Çilidən COP29-da iştirak üçün Azərbaycana 121 nəfərlik nümayəndə heyətinin tərkibində iki nazir gələcək. Biz Azərbaycanı COP29 üçün dəstəkləyirik", - Ciankarlo Alberti vurğulayıb.
Tarix
2024.11.09 / 21:12
|
Müəllif
Axar.az
|