Yuxarı

Cəbhədə 346 mina tapıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün cəbhəboyu rayonların ərazisindən 346 ədəd partlamamış hərbi sursat (PHS) tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Axar.az-a verilən məlumata görə, bu barədə aprelin 25-də Agentlik tərəfindən Tərtər, Goranboy, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabatda deyilir.

Tərtər rayonu

Qapanlı kəndi - 1 ev və həyətyanı sahədə 9 partlayış yerinə baxış keçirilib, 1 ədəd 82 mm-lik partlamamış minaatan mərmisi aşkar edilərək götürülüb. Nəticə etibarilə 12 000 kv.m ərazi yoxlanılıb.

Qaradağlı kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 9 000 kv.m ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Şıxarx kəndi - 1 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd 60 mm-lik partlamamış minaatan mərmisi aşkar edilərək götürülüb. Nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

Cəmi: 4 ev və həyətyanı sahə, 14 partlayış yeri, 2 ədəd PHS aşkar edilib və 26 000 kv.m ərazi yoxlanılıb.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi - 4 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib və nəticə etibarilə 1 380 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Alıxanlı kəndi - 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib və nəticə etibarilə 740 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Təzəkənd kəndi - 2 əkin sahəsində 16 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib və nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

Səfərli kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, PHS aşkar edilməyib və nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb.

Əfətli kəndi - ərazisindən keçən Qar-Qar çayı ilə axıb gələn 1 ədəd piyada əleyhinə mina (PMN) aşkar edilərək işarələnib.

Cəmi: 1 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 17 partlayış yeri, 6 000 kv.m ərazi yoxlanılıb və 1 ədəd PMN aşkar olunaraq işarələnib.

Samux rayonu

Kolayır kəndi - 344 ədəd 12.7 mm-lik patron aşkar edilib.

Cəmi 4 gün ərzində: 3 ədəd OFAB-50 aviabomba, 1 122 ədəd 12.7 mm-lik və 15 ədəd 7.62 mm-lik kiçik çaplı mərmi. Ümumiyyətlə, 1140 ədəd partlamamış hərbi sursat aşkar olunaraq götürülüb.

Aprelin 25-də Agentlik tərəfindən 9 ev, 40 partlayış yeri yoxlanılıb, 346 ədəd PHS və 1 ədəd mina aşkar edilib və 34 120 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə ANAMA tərəfindən 7-25 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 343 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 287 ədəd PHS və 9 ədəd PMN aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Tarix
2016.04.25 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla