Yuxarı

Azərbaycanla Pakistan arasında saziş imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslamabadda keçirilən Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın VI iclası başa çatıb.

Müdafiə Sənayesi Nazirliyindən Axar.az-a verilən məlumata görə, iclasda hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti iştirak edib.

İki gün davam edən iclasda Azərbaycanla Pakistan arasında əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb və bu əlaqələrin inkişafında hökumətlərarası komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlıqların inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb.

Sonda həmsədrlər tərəfindən Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının VI iclasının yekunlarına dair Protokol imzalandı.

Səfər çərçivəsində Y.Camalovun Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussain ilə görüşü və hərbi sənaye müəssisələri ilə yaxından tanışlığı da nəzərdə tutulur.

Tarix
2016.04.28 / 17:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla