Yuxarı

Markedonov ermənilərə səsləndi, Bakı ilə bağlı fikrini dəyişdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Markedonov ermənilərə səsləndi, Bakı ilə bağlı fikrini dəyişdi

Biz ikitərəfli münasibətlərin ən çətin mərhələsindəyik.

Axar.az xəbər verir ki, bunu “Ermənistan və Rusiya qlobal və regional islahatlar kontekstində: dərslər və strateji seçim” mövzusunda keçirilən konfransda rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib.

“2-3 il əvvəl demişdim ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir, Gürcüstan NATO-ya meyilli, Azərbaycan isə yelləncək siyasət yürüdən ölkədir. Bu gün vəziyyət çox dəyişib. Rusiya və Ermənistan münasibətləri böhran içindədir. KTMT-nin sadəcə olaraq səmərəsiz struktur deyil, Ermənistanın təhlükəsizliyinə təhdid olması barədə fikirlər səsləndirilirsə, bu, tamam başqa vəziyyətdir. Belə bir vəziyyətdə qurulmuş münasibətləri kökündən pozmaq yolunu tuta, onların artıq aktual olmadığını söyləyib nöqtə qoya bilərsiniz. Amma mənə elə gəlir ki, vəziyyət tamamilə əldən çıxmayıb, siyasətçilər dəyişir, amma münasibətlər qalmalıdır. Mövcud böhran vəziyyətindən çıxmaq üçün iki suala cavab verməlisiniz: Ermənistanın Rusiyaya, Rusiyanın Ermənistana nəyə görə ehtiyacı var? Bu suallara cavab olmadan heç nə alınmayacaq. Bu mühüm amildir. Paşinyan, Avinyan və başqalarından danışanda başa düşməliyik ki, SSRİ dağılan zaman Paşinyanın 17, Alen Simonyanın 11, Avinyanın isə 2 yaşı var idi. Diqqətinizi zəif nəticə göstərən Rusiyaya yönəltməzdən əvvəl özünüzdən soruşmalısınız: “Yüksək keyfiyyətli alternativ nədir?”, - o bildirib.

Markedonov qeyd edib ki, indi Qərbdən heç bir keyfiyyətli təklif görmür:

“Üstəlik, amerikalı diplomatlar tam dəqiqliklə bildiriblər ki, Qafqazda sülhün əsas məqsədi həm də Rusiya və Çinə alternativ yoldur. Burada nə aydın deyil? Bu vəziyyətdə Ermənistana sadəcə təslim olmaq təklif edilmir, eyni zamanda Rusiyaya qarşı düşmənçiliyi gücləndirilir.

Ermənistan Rusiya üçün son dərəcə vacib ölkədir. Ermənistan həm birləşdirici halqa kimi iri Avrasiya layihəsinə, həm də Qafqazda mövcudluğuna görə Rusiyaya lazımdır”.

Tarix
2024.12.11 / 14:21
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla