Yuxarı

Özəl pensiya fondu hansı üstünlüklər verir? - Mühüm

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özəl pensiya fondu hansı üstünlüklər verir? - Mühüm

Hökumət, nəhayət ki, özəl pensiya fondu ilə bağlı yeni qanunvericilik bazasının yaradılmasına qərar verdi, hələ detalları tam açıqlamayıblar, amma belə bir qərar müsbət addım olacaq.

Axar.az xəbər verir ki, bu fikirləri ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli özəl pensiya fondu ilə bağlı danışarkən deyib.

O, özəl pensiya fondu ilə bağlı mühüm təkliflər səsləndirib:

“Yeni qanunda mütləq vətəndaşın DSMF-də olan yığımını istədiyi halda və tam şəkildə özəl təqaüd fonduna köçürmək imkanı olmalıdır. Vətəndaşların fərdi müqavilə və ödəniş həcmini özəl fondlarla razılaşdırmaq hüququ da təsbit edilməlidir. Vətəndaşa DSMF və özəl fondlarda toplanan vəsaitinə sərəncam hüququ verilməlidir: o vəsaiti vərəsəliklə dövr edə, müəyyən hissəsini özü xərcləyə bilər və s. Özəl təqaüd fondlarının vəsaiti dövlət tərəfindən tam sığortalanmalıdır ki, özəl fondlarla bağlı problem yarananda vətəndaşlar öz vəsaitini tam qoruya bilsin. DSMF və özəl təqaüd fondları topladığı, vətəndaşın fərdi hesabında olan vəsait üçün hər il sonunda, ən azı, inflyasiya səviyyəsi qədər indekləşmə ödəməlidir. Özəl təqaüd fondlarının iqtisadiyyata o zaman böyük dəstəyi olur ki, onlar investora çevrilib risksiz (ya da minimum riskli) sahələrə yatırımlar edirlər. Bunun üçün isə ölkədə investisiya mühiti yaxşılaşdırılmalı, rəqabətli şərait formalaşmalıdır. Özəl təqaüd fondları yatırımdan qazandıqları vəsaitin bir hissəsini öz üzvlərinə pay kimi il sonu ödəməlidir”.

Tarix
2024.12.11 / 14:53
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Pakistanlı diplomat İrandan Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Növbəti raket hücumu: Türkiyə İrana cavab verə bilərmi?

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla