Yuxarı

Rüstəm Minnixanov Fəxri xiyabanda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəm Minnixanov Fəxri xiyabanda - Foto

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov dekabrın 17-də Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Axar.az xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn Rüstəm Minnixanov xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Tatarıstan Respublikasının Rəisi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Tarix
2024.12.17 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla