Yuxarı

Bunları Azərbaycanda görməyəcəyik - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyada gedən proseslər göz qabağındadır.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

"Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik", - İ.Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışları, təbii ki, bizim tarixi Zəfərin və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır:

"Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq. Hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz buna çalışırıq. Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq".

Prezident əmin olduğunu bildirib ki, bu şanlı Qələbə hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq:

"Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir".

Tarix
2024.12.24 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə danışıqların bir nəticəsi ola bilərdi... - Paşinyan

“Qeyri-səlis məntiq və dil-nitq” kitabı müzakirə edildi

Tiktokerlər “sutkalıq həbs” alacaqlar? – Professor

Əliyev və Ərdoğanın bugünkü qərarı: Bakı hərəkətə keçir

Liderlər İlham Əliyevi təbrik edir

Xameneidən təhlükəli çağırış: İki şərt qoyuldu, təxribat ola bilər

İlham Əliyev bunun üçün 20 milyon manat ayırdı

Azər Zahidin əxlaqsızlıq şousunu kim maliyyələşdirir? - Video

Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - Fotofakt

Ərdoğanla Əliyev Suriya ilə bağlı razılaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla