Yuxarı

Azərbaycanlı blogerlər qəzaya düşdülər - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı blogerlər qəzaya düşdülər - Foto

İnfluenserlər Mehin Oktaylı (iconmekh) və Mesi Rəhman (Mesi_rekhman) avtomobil qəzası keçirib.

Axar.az xəbər verir ki, bu barədə Olay.az-a M.Rəhman özü açıqlama verib.

O bildirib ki, hadisə ötən gün səhər saat 8 radələrində İsmayıllı-Şamaxı yolunda olub:

“Orada yaşayan insanların dediyinə görə, həmin yolda tez-tez qəzalar baş verir. Çünki xam sürücülər həmin yolu yaxşı bilmir, oradakı sərt döngəni görmədən düz gedirlər. Bizdə də “Vita” markalı avtomobil idi. Çox güman ki, sürücümüz həmin döngəni görə bilməyib. Ona görə maşın birinci işıq, sonra reklam dirəyinə çırpıldı. Uzun bir məsafəni sağa-sola çırpıla-çırpıla aşdıq. Mən alnımdan xəsarət aldım, döş qəfəsimdə, ayaq və qol nahiyələrimdə əzilmələr yarandı. Mehinin beli tutmurdu, qabırğasında sınıq var. Bizdən əlavə maşında iki xanım var idi. Onlar da xəsarət aldılar, birinin başı partladı, digərinin də qabırğası zədələnib. Bizi Şamaxı xəstəxanasına çatdırdılar, oradan da Mehini təcili tibbi yardım maşını ilə Bakıya, neyrocərrahiyəyə gətirdilər. Eynilə məni də... Şükür ki, keçdi, həqiqətən Allahın sevimli bəndəsiymişik ki, o maşından sağ çıxdıq. Çünki maşının ön hissəsi bərbad gündəydi, çox pis zərbə ilə çırpılmışdı”.

Tarix
2024.12.24 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla