Yuxarı

FHN Şuşada təlim keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Şuşada təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Şuşa şəhərində yerləşən Şuşa Otel-Konqres Mərkəzi Kompleksində təlim keçirilib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

“Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda keçirilən və FHN-in Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə xidmətlərinin və Qarabağ Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd kompleksin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

İki hissədən ibarət təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən mərkəzin kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, otellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib.

Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə qüvvələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar.

Həmçinin, şərti yanğın baş vermiş mehmanxanada təxliyə planına uyğun olaraq, “zərərçəkmişlərin” təhlükəsiz yerə təxliyəsi həyata keçirilib və “yanğın” qısa müddətdə söndürülüb.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Tarix
2026.04.24 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayev elan etdi: “İki ölkə – bir çempionat” proqramı...

İrəliləmək üçün konkret tədbirlər planımız var - Əliyev

Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalandı

Mərkəzi Asiya və Azərbaycan vahid iqtisadi regiondur...

Mirziyayev İlham Əliyevi təbrik etdi: Diplomatiyanızın qələbəsi

İlham Əliyev Mirziyayevi Azərbaycana səfərə dəvət etdi

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlərin təkbətək görüşü oldu

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla