Yuxarı

Ermənilər onun başına 5 milyon qoymuşdu – Qəhrəman

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər onun başına 5 milyon qoymuşdu – Qəhrəman

Sabah Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun ölümündən sonra daha bir ordenlə təltifi mərasimi keçiriləcək.

Axar.az xəbər verir ki, mərasim 6 may, saat 13.00-da Şəhidlər Xiyabanında baş tutacaq.

"Dədə Qorqud" Milli Fondunun təsis etdiyi "Həzi Aslanov" ordeni Milli Qəhrəmanın qardaşı Rantik Aqarunova təqdim ediləcək.

Xatırladaq ki, Asif (Albert) Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 1987-ci ildə hərbi xidmətini Gürcüstanda keçib və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönüb, Suraxanıda Maşınqayırma zavodunda işləyib.

Qarabağ müharibəsi başlayarkən Aqarunov könüllü cəbhəyə yollanıb.

Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını sıradan çıxarıb. Təkcə ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.

Döyüş yoldaşlarının dediyinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Ermənilər onun başına həmin dövrdə 5 milyon rubl pul mükafatı qoyub.

Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Tarix
2016.05.05 / 14:08
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla