İƏT Baş katibi Azərbaycana başsağlığı verdi
23:32
Ana səhifə Gündəm |
11:40
Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan, 3 Qırğızıstan vətəndaşı olub.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Tenqrinyus” saytı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
Qroznıda duman olduğu üçün təyyarə əvvəlcə Mahaçqala, daha sonra isə Aktau hava limanına göndərilib. Xəzər dənizi üzərində isə təyyarəmiz quş sürüsü ilə toqquşub və SOS siqnalı verib.
Təyyarədə 67 nəfər – 62 sərnişin və 5 ekipaj üzvü olub. Qazaxıstan Səhiyyə Nazirliyi 25 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Tarix
2024.12.25 / 12:15
|
Müəllif
Zeynəb Əkbər
|