Yuxarı

Azərbaycan çempionatının görüşləri təxirə salındı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan çempionatının görüşləri təxirə salındı

Güləş üzrə Azərbaycan çempionatının dekabrın 26-na təsadüf edən görüşləri matəm günü ilə bağlı təxirə salınıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar sabahkı görüşlər növbəti günə təyin olunub.

Beləliklə, sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da mübarizə dekabrın 27-də baş tutacaq. 61, 70, 79, 92 və 125 kq-da qaliblər isə dekabrın 28-də müəyyənləşəcək. Yarışın son iki gününün görüşləri də Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, yarışa dekabrın 30-da yekun vurulacaq.

Tarix
2024.12.25 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

Almaniya Azərbaycana təşəkkür etdi

Azərbaycana hücum etməmişik – Bəqai

İranla müharibə “daşa dirəndi” - Tramp çarəsizdir?..

İrandan təxliyə edilən şəxslərin sayı...

Neft 110 dolları ötdü: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla