Yuxarı

Neft 110 dolları ötdü: Azərbaycana təsiri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft 110 dolları ötdü: Azərbaycana təsiri...

"Brent" markalı neftin qiyməti 20 faizə yaxın artaraq, bir bareli 110 dollardan baha satılır. Bu, İran müharibəsi başladıqdan sonra neftin qiymətində 30 faizlik artımın olması deməkdir. Neftin qiymətindəki artımlar birjalara da təsirsiz ötüşməyib. Qlobal resessiya riski Asiyada birjaların bu həftəni öz işinə ciddi enişlər ilə başlamasına səbəb olub.

Axar.az xəbər verir ki, bunu iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, ABŞ prezidenti neftin qiymətindəki artımların müvəqqəti olacağını bəyan edib:

“Onun fikrincə, müharibə başa çatdıqdan sonra yenidən qiymətlər azalaraq stabilləşəcək. Bununla belə, əksər investorlar qısamüddətli dövrdə neftin qiymətində kəskin azalmalar gözləmirlər. Belə ki, neftin qiymətinə sadəcə enerji məhsullarının 20 faizinin daşındığı Hörmüz boğazındakı çətinliklər deyil, eləcə də Yaxın Şərqdəki vəziyyət və xüsusən də hasilatın azalması təsir göstərir. Körfəz dövlətlərində hasilatda hiss edilən azalmalar qeydə alınmaqdadır. İraqda hasilat 60 faiz azalıb, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Küveyt də istehsalı aşağı salmağa məcbur olub. Digər tərəfdən, Körfəz dövlətlərində enerji infrastrukturuna dəyən ziyan hasilatın qısa zamanda bərpasına imkan yaratmır. ABŞ-ın bazara gündəlik 300–400 milyon barrel əlavə neft çıxarmaq istəyinin də tarazlığı xüsusi dəyişəcəyi gözlənilmir.

Aydındır ki, müharibənin hansı müddəti və coğrafiyanı əhatə etməsi birjalara təsir edən əsas faktor olaraq qalmaqdadır. Bununla belə, savaşdan sonra müharibə zamanı dağıdılan infrastrukturun bərpası üçün tələb edilən zaman və maliyyə də diqqətdən yayınmamalıdır”.

V.Bayramov qeyd edib ki, neftin qiymətindəki artımlar enerji ixrac edən dövlətlərin gəlirlərini artırsa da, qlobal iqtisadiyyatda çağrışları gücləndirir:

“Bu təbii ki, Azərbaycanın da neft satışından gəlirlərinin artmasına səbəb olur. 2025-ci ildə Azərbaycanda qaz kondensatı ilə birlikdə 27,7 milyon ton neft hasil edilib. Həmin il xam neft hasilatı orta hesabla gündəlik 460 min barrel, kondensat hasilatı 111 min barrel təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 571 min barrel olub. Ötən il Azərbaycan 23,1 milyon ton neft ixrac edib.

Neftin bir barrelinin qiyməti 2026-cı ilin dövlət büdcəsində 65 dollar nəzərdə tutulub. Aydındır ki, söhbət illik orta qiymətdən gedir. Bununla yanaşı, neft bazarındakı volatillik göstərir ki, Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər. Bu dövlət gəlirlərimizin və eləcə də valyuta ehtiyatlarımızın daha çox artmasına səbəb olacaq. Hətta qısamüddətli daxilolmalarda kəskin artımlar olsa da, regionda əməkdaşlıq və stabillikdə maraqlı olan və sülh gündəliyinə töhfə verən Azərbaycan neft bazarında dalğalanmalarda deyil, uzunmüddətli tarazlıqda maraqlıdır. Qlobal strateji bazarlarda uzunmüddətli tarazlıq isə siyasi deyil, iqtisadi faktorlar ilə müəyyənləşməlidir. Amma hələlik dünya bazarlarında siyasi faktorlar iqtisadi meyarları üstələyir”.

Tarix
2026.03.09 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

İranla müharibə “daşa dirəndi” - Tramp çarəsizdir?..

İrandan təxliyə edilən şəxslərin sayı...

Ermənistana 488 ton taxıl yola salındı

Nazirlər Kabineti İranla bağlı bu qadağanı ləğv etdi

Pezeşkianın zəngi və SEPAH-ın Azərbaycanı təhdid etməsi...

Pezeşkian Əliyevə zəng etdi: Naxçıvana hücum...

İrandan Azərbaycana təxliyə edilənlərin sayı...

Almaniya XİN Naxçıvana hücumu kəskin şəkildə pislədi

Makron Əliyevə zəng etdi: İranın Azərbaycana hücumu...

Ceyhun Bayramov bu ölkələrin XİN başçıları ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla