Yuxarı

Xəzərdəki “Bermud üçbucağı”nda nə qədər qəza olub? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdəki “Bermud üçbucağı”nda nə qədər qəza olub? - Foto

Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer 190” təyyarəsi Aktau hava limanının 3 km-liyində qəzaya uğrayıb.

Bu, Xəzər dənizi üzərində qəzaya uğrayan ilk təyyarə deyil.

1966-cı ilin aprelin 23-də İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğrayıb. Təyyarə ilə əlaqə uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində kəsilib. Göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi bu günə qədər tapılmayıb. Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur.

2005-ci ilin dekabrın 23-də Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən An 140-100 təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.

2008-ci ilin yanvarın 29-da Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğramışdı. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan MiQ-29 sahildən 6 km uzaqlıqda dənizə düşmüşdü.

2009-ci ilin iyulun 12-də “AZAL Helicopter”ə məxsus “Mi 8T” helikopteri qazma qurğusunun kranına toxunaraq dənizə düşüb. Nəticədə 6 nəfərdən ikisi həlak olub.

2019-cu ilin iyulun 24-də təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilot həlak olub.

Tarix
2024.12.25 / 14:53
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla