Yuxarı

PUA-larla döyüşdə təyyarə səhvən vurulub? Hiyləgərlər!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
PUA-larla döyüşdə təyyarə səhvən vurulub?

Təyyarənin necə zədələndiyi aydındır, burada heç bir sual yoxdur. J28243 nömrəli Bakı-Qroznı reysinin necə və nə ilə vurulduğunu hamı çoxdan başa düşmüşdü. Amma bu o demək deyil ki, suallar yoxdur.

Axar.az xəbər verir ki, bunu gürcü politoloqu Gela Vasadze deyib.

“Birincisi, niyə “xalça planı” açıqlanmadı və ya niyə açıqlandı, təyyarənin ekipajına bu barədə niyə məlumat verilmədi ki, birinci və ya ikinci eniş cəhdindən sonra başqa aerodroma yönəlsin?

İkincisi, təyyarəni kim vurdu və bunu necə izah edir? (Mülki təyyarəni pilotsuz təyyarə ilə qarışdırmaq mümkün deyil!)

Üçüncüsü, niyə təyyarə Aktauya, yəni Xəzər dənizinə doğru göndərilib və ondan xeyli yaxın olan heç bir hava limanına enişinə icazə verilməyib? Aktauya qədər olan məsafə 440 kilometrdir. Burada belə bir versiya irəli sürdülər ki, yanacaq yandırılmalı idi, lakin sonra onu Bakıya qaytarmaq daha məntiqli olardı. Amma hava dəhlizi xüsusi olaraq Aktauya verilib. İndi daha çox danışılır ki, Kreml təyyarəni onların vurduğunu etiraf edir, yoxsa etiraf etmir. Amma əslində bu suallara cavab tapmaq daha vacibdir. Və bu sullar Rusiya tərəfinə yönələcək suallardır. Hər birimizin öz və çox inandırıcı versiyamız ola bilər, amma Moskvanın cavab verməsi vacibdir. Faciənin üstündən iki gün keçir. Və iki dəfə ayağa qalxmamaq üçün yazmağı (deməyi) dayandırın ki, Ukrayna PUA-ları ilə döyüşərkən çeçenlər Azərbaycan təyyarəsini vurublar. Hiyləgər ifadədir”, - o bildirib.

Tarix
2024.12.27 / 14:10
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla