Yuxarı

Qəza baş verən kimi Prezidentin geri dönməsi... - Zahid Oruc

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəza baş verən kimi Prezidentin geri dönməsi... - Zahid Oruc

Uğurla keçən 2024-cü ilin son günlərində məruz qaldığımız təyyarə qəzası bütün dünyada böyük əks-səda doğurdu. Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edildi. Bundan sonra Prezidentin verdiyi dönüş qərarı ilk növbədə, Ali Baş Komandanın davranışı, siyasi peşəkarlığı, cəsarəti və iradəsinin nümayişi idi. 44 günlük müqəddəs müharibədəki əmrlərin davamı idi.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında MM-in İnsan hüquqları komitəsinin sədri Zahir Oruc deyib.

O bildirib ki, qəzadan xilas olan sərnişinlərin aldığı yaralar, istintaqın ilkin nəticələri və informasiya vasitələrinə düşən sübutlar təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu, radioelektron sistemlərin söndürüldüyünü və hava gəmisinin ölümə məhkum edildiyini ortaya qoydu:

"Ona görə ölkəmiz günahkar olan hər bir şəxsin cəzalandırılmasını, Moskanın üzrxahlıq etməsini, təzminat ödəməsini istəyirdi. Əks halda hər keçən gün müttəfiqliyə zərbə və fitnəkarlıq tərəfdarlarının xeyrinə işləyirdi. Nəhayət, Rusiya rəhbərliyinin rəsmən üzr istəməsi təyyarənin vurulmasını Bakı-Moskva arasında diplomatik krizə, siyasi qəzaya çevirmək istəyənlərin qarşısını aldı.

Sükanı sona qədər canı ilə qoruyan və 67 nəfərə qəsdi 29 insanın xilası ilə ifşa edən qəhrəman pilotların, “kəmərləri bağlayın, hər şey yaxşı olacaq” çağırışını milli şüara çevirən Hökumə Əliyevanın göylərdəki hünərini Qarabağ səmasında canını qurban verənlərlə bir mərtəbədə tuturuq.

Xalqımız bilməlidir ki, Qələbəmizə görə bizi cəzalandırmağa qalxanlar indi təyyarə qəzasının arxasında ölkəmizə başsağlığı verənlərin içində gizləniblər” .

Tarix
2024.12.29 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığı inkişaf edir

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla