Yuxarı

İran 120 minlik ordu ilə kimə meydan oxuyur? – Hərbi ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran 120 minlik ordu ilə kimə meydan oxuyur? – Hərbi ekspert

Düşünürəm ki, 2025-ci ildə Trampın atacağı ilk addımlardan biri də İranla bağlı olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov SEPAH-ın 120 minlik şəxsi heyətlə genişmiqyaslı hərbi təlimlərinin Donald Trampın 20 yanvarda keçiriləcək andiçmə mərasiminə qədər davam etməsinin ABŞ-a mesaj olması haqda şərhlərə münasibət bildirərkən deyib.

Hərbi ekspert bildirib ki, İran zaman-zaman belə bleflər edib:

“Bu təlimlər də hədə-qorxu xarakterlidir. Lakin bu mövzuda İranın məqsədlərinə çatacağını düşünmürəm. Çünki İran özü də bilir ki, nə Amerika, nə də Fransa ilə ayaqlaşa bilər. İndiki halda İran anlayır ki, ABŞ-da Donald Trampın prezidentlik vəzifəsini icra etdiyi dönəmdə ərazisinə mütləq zərbə endiriləcək. Bu, bir ay tez və ya beş ay gec ola bilər.

Qeyd edim ki, Trampın bu tip hədə-qorxulardan çəkinəcəyini düşünmürəm. Əksinə, SEPAH-ın meydan oxuyan təlimi Trampın qərarını tezləşdirə bilər”.

Üzeyr Cəfərov əlavə edib ki, artıq İranın blefləri ciddiyə alınmır:

“İran ordusunun zəif olduğunu düşünmürəm. Ancaq ötən il İranın sabiq prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğradı, 10 saat yerini təsbit edə bilmədilər. Axırda Türkiyə PUA-sı köməyə gəldi. Daha sonra, HƏMAS lideri İsmayıl Haniyə İranda sui-qəsd nəticəsində öldürüldü və İran bunun qarşısını ala və ya cavabını verə bilmədi. Ona görə də hesab edirəm ki, İranın hərbi və təhlükəsizlik məsələsində ciddi zəiflikləri var”.

Tarix
2025.01.08 / 09:08
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla