Yuxarı

Prezident Monako Knyazı II Albert ilə görüşüb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Monako Knyazı II Albert ilə görüşüb

Prezident İlham Əliyev ölkəmizə səfərə gəlmiş Monako Knyazı II Albert ilə görüşüb.

"Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Monako Knyazı II Albert Prezident İlham Əliyev ilə müxtəlif vaxtlarda keçirdiyi görüşlərini məmnunluqla xatırlayıb. 2015-ci ildə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının önəmini qeyd edən Monako Knyazı bu böyük idman tədbirinin uğurla təşkil olunacağına əminliyini ifadə edib.

Dövlət başçısı Monako Knyazı II Albertin ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib. 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına toxunan Prezident İlham Əliyev az vaxt qalmasına baxmayaraq, bu idman tədbirinə hazırlıq proseslərinin uğurla həyata keçirildiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Monako arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2014.02.18 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla