Yuxarı

Fəridin anası açıqlama yaydı: Vətəninə yağdırılan söyüşlər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 yanvar 2025-ci ildə İranda həbsdən azad edilərək, Azərbaycana təhvil verilən Fərid Səfərlinin anası açıqlama yayıb.

Axar.az xəbər verir ki, F.Səfərlinin anası Dilarə Əsgərova övladının 685 gündən sonra azad edildiyini xatırladıb.

“Əlbəttə, istəyərdim daha tez olsun, amma açığını desəm, Fərid haqqında SEPAH və ya İran rejiminin “məhkəmələri”nin dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər. Biz onun 1 aya azad olunacağı ümidi ilə yaşayarkən, Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona, “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi”, - deyib. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Həm DTX əməkdaşlarının Fəridlə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”, - o qeyd edib.

D.Əsgərova eyni zamanda İrandakı səfirimizə, səfirliyin əməkdaşlarına və mövzunu gündəmdə saxlayan mediaya da təşəkkür edib:

“Fəridin başına gələnlər haqqında bütövlükdə danışsam, düşünürəm ki, bəlkə də bir kitab yazmaq olar. Ona heç bir aidiyyəti olmayan mövzularla uşağı saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər. Məsələn: yapışıblar yaxasından ki, niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır və s. Və düşünün ki, Avropada təhsil almış bir gənci başı əmmaməli molla ittiham edir. Deyir, bütün bu işləri görən adamlar azanın səsi gələndə tez prosesi dayandirib, qaçırdılar ibadət etməyə və bu riyakarlıq oranı daha da dözülməz edirdi.

Bu vəhşilər uşağa əziyyət ediblər ki, sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim qızımızdan istifadə etmisən, halbuki bu uşaq ora pak, həqiqi hisslərlə getmişdi. Əslində isə istər SEPAH terrorçuları, istərsə də rejimin mollaları özləri xanımlardan bütün məqsədləri üçün sui-istifadə edirlər.

İstintaqın ilk 51 günü kiçik bir otaqda, tək-tənha, asılmaq təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəcəyini düşünmək, hər gün ailəsinə, vətəninə yağdırılan söyüşləri eşitmək nə qədər dəhşətlidir, hələ başqa nələr.

Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Bunu onu təhvil alan DTX əməkdaşları da təsdiq edə bilər. Ürəyi arzularla dolu bir gənci həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə bizə kömək göstərəcək”.

Tarix
2025.01.21 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla